"Azərbaycan ilə Türkiyə arasında ikitərəfli ticarəti asanlaşdırmaq və gömrük prosedurlarını sürətləndirmək üçün Güzəştli Ticarət Sazişinə əlavə olaraq sadələşdirilmiş gömrük xəttinin qurulması barədə razılığa gəlinib. Xatırlatmaq istərdim ki, Türkiyənin Ticarət naziri Ruhsar Pekcan və Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev arasında 11 oktyabr 2019-cu il tarixində “Türkiyə ilə Azərbaycan arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu” imzalandı". ONN media xəbər verir ki, bunu “Report”a müsahibəsində Türkiyənin Xarici İqtisadi Münasibətlər Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının rəhbəri Selçuk Akat bildirib. Onun sözlərinə görə, imzalanmış protokol həm ticarətin asanlaşdırılmasına, həm də Azərbaycanla Türkiyə arasında tərcihli (preferensial) ticarət haqqında Sazişin həyata keçirilməsi üçün dəstək və təməl yaradacaq: “Bundan əlavə, iki ölkənin gömrük xidmətləri arasında elektron məlumat mübadiləsi sahəsində əməkdaşlığa ehtiyac var”. S.Akat Azərbaycan ilə Türkiyə arasında imzalanmış tərcihli ticarət razılaşmasının iki ölkə arasında ticarət münasibətlərinə təsiri barədə danışıb: “Məlum olduğu kimi Türkiyə Avropa İttifaqının Gömrük Birliyinə üzvdür. Bu səbəbdən hər bir ölkə ilə sərbəst ticarət razılaşması edə bilməz. Bu səbəbdən Türkiyə ilə Azərbaycan arasında imzalana biləcək ən əhatəli müqavilə Tərcihli Ticarət Razılığıdır. Bu razılaşma ikitərəfli ticarət dövriyyəimizi 15 milyard ABŞ dolları səviyyəsinə qaldırmaq üçün vacib bir addımdır və siyasi iradədir. Ticarətimiz həmişə artıma meyllidir”. Xatırladaq ki, bu ilin yanvar-may ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 16,74% artaraq 2 mlrd ABŞ dollarına çatıb.
Azərbaycan və Türkiyə arasında gömrük prosedurları nə zaman sadələşdiriləcək? - RƏSMİ



Rusiya Azərbaycanla "sadələşdirilmiş gömrük dəhlizi" yaradır
Səfər Mehdiyev Cahit Bağçı ilə görüşdü
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb
Bakıdan Qətərə təklif: Türkiyə ilə bizə qoşul
Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə yaradılır - FƏRMAN
Ölkə başçısı fərman imzaladı
Ərdoğan Azərbaycanla bağlı daha bir VACİB SƏNƏDİ təsdiqlədi
Azərbaycan, Türkiyə və Gürcüstan birgə saziş imzaladı
DGK sədri Bəxtiyar Aslanbəyli ilə görüşdü
Azərbaycan və Türkiyə arasında sənədlər imzalandı
Azərbaycanla Rusiya arasında altı sənəd imzalanıb
Bu gün deputatlar 12 məsələni müzakirə edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 