Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bir neçə əməkdaşı koronavirusa yoluxub.
ONN media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovda da koronavirus aşkarlanıb.
Bundan başqa, Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının 7-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşı, polis mayoru Fərman Xəlilov, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi, Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədovun test nəticələri pozitiv çıxıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, DYP əməkdaşları arasında da koronavirusa yoluxma qeydə alınıb:
"Hazırda koronavirusa yoluxmuş bəzi əməkdaşlar xəstəxanada müalicə olunur. Sağalıb işə qayıdanlar da var. Polis əməkdaşları mütəmadi olaraq testdən keçirilir".
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi Natiq Qasımovun həyat yoldaşı, Bakı Slavyan Universitetinin Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova bir neçə gün əvvəl COVİD-19-dan dünyasını dəyişib.



Kamran Əliyevin yerinə TƏYİNAT OLDU
Nazir mətbuat xidmətinin rəhbərinə YÜKSƏK VƏZİFƏ verdi
Vilayət Eyvazov onu komandir etdi
Nazir Vaqif Əsədovun yerinə onu təyin etdi
Ramil Usubov generalları təltif etdi — SIYAHI
Vaqif Əsədov təltif edildi
Bakıda polis qəza törətdi- Yaralı var
Azərbaycanda 5 polis işdən çıxarıldı- Rəis sərəncama götürüldü
Nazir Namidan Piriyevə vəzifə verdi
Eyvazov bu rayona rəis təyin etdi
Vilayət Eyvazov ona YÜKSƏK VƏZİFƏ VERDİ
Ramiz Zeynalov vəzifədən azad edilməyib? - RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 