Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq. ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib. Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq. Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyənləşdirilən məhdudiyyətlər Goranboy və Göygöl rayonlarında da tətbiq olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi



Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi ELAN EDİLDİ
Baş nazirdən KARANTİNLƏ BAĞLI QƏRAR
Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
Bakı metrosu bu gündən fəaliyyətini DAYANDIRDI
Bakıda bütün ictimai nəqliyyat fəaliyyətini dayandıracaq
Bu ərazilərdə sərt karantin rejimi LƏĞV EDİLDİ
Bu tarixlərdə bütün ictimai nəqliyyat İŞLƏMƏYƏCƏK
Azərbaycanda bu obyektlərin fəaliyyətinə icazə verilir - SABAHDAN
Xüsusi karantin rejimi uzadıldı - BU TARİXƏDƏK
SON DƏQİQƏ: Metronun fəaliyyəti dayandırılır
Operativ Qərargah əhaliyə ÇAĞIRIŞ ETDİ
Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyətinə icazə veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 