“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xüsusi və çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.
QSC-nin mətbuat xidmətindən bildirilib ki, AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.
Aviaşirkət bir daha sərnişinlərə xatırladır ki, pandemiya dövründə yerinə yetirilən çarter və ya xüsusi reyslər barədə bütün məlumat AZAL-ın internet saytında və aviadaşıyıcının sosial şəbəkələrdəki rəsmi profillərində yerləşdirilir.
“Azərbaycan Hava Yolları”, həmçinin provokasiya xarakterli hərəkətləri, yəni qəsdən qeyri-dürüst məlumatın yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.



AZAL -dan sərnişinlərə ÇAĞIRIŞ
AZAL bu şəxslərə XƏBƏRDARLIQ ETDİ
AZAL sərnişinlərə müraciət etdi
AZAL-dan daha bir YENİLİK
AZAL vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
AZAL İtaliyaya uçuşları bərpa edir
Bakıdan bu şəhərə gedişlər bərpa edilir
Bakıdan Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL bu istiqamətdə bütün gedişləri ləğv etdi
Naxçıvana getmək istəyənlərin NƏZƏRİNƏ
AZAL-dan biletlərin baha satılması xəbərinə - MÜNASİBƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 