Gəncədə yağan güclü yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır. Ötən gün səhər saatlarından yağan güclü yağış Gəncədə bir sıra fəsadlar törədib. Şəhərin Məhsəti Gəncəvi qəsəbəsi və Gülüstan yaşayış massivində yağış suları evlərin zirzəmisinə dolub və həyətləri su basıb. Yaranmış problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları gün ərzində sözügedən ərazilərdə evlərin zirzəmilərinə dolan suyun çəkilməsi istiqamətində iş aparıblar. Gecə saatlarında yenidən yağmağa başlayan güclü yağış işin gedişatına maneə törədib. Bununla belə aidiyyəti qurumlar fəaliyyətlərini davam etdiriblər. İyulun 11-dən 12-sinə keçən gecə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müavinləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Azərsu” ASC-nin və FHN-nin mümayəndələri yağışdan ziyan çəkmiş ərazilərdə olublar. Mövcud vəziyyət və işlərin gedişatı ilə maraqlanan şəhər rəhbəri, fəsadların aradan qaldırılması istiqamətində tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da işlərə cəlb olunublar. Güclü yağışın yol açdığı fəsadlar tam aradan qaldırılanadək müvafiq qurumlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər. (report)
Gəncədə həyətlər, evlər sel suları altında qaldı



Tovuzda leysan - evlər, maşınlar su altında qaldı
Gəncədə güclü külək fəsadlar törədib
Leysan bu rayonlarda fəsadlar törətdi
Gəncədə suçəkmə işlərinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib
Yağış iki bölgədə fəsadlar törətdi
Hava ilə bağlı əhaliyə çağırış
Güclü külək Gəncədə və ətraf rayonlarda fəsadlar yaratdı
Krımda sel fəlakəti: mindən çox insan...
Güneydə bu şəhəri su basdı
Yağış yağdı, apteki su basdı
Azərbaycanda bu rayonun çox hissəsi İŞIQSIZ QALDI
Mingəçevirdə həyətləri su basdı: xəsarət alan var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 