"Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər". ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, düşmən qüvvələrin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu həlak olub, 5 nəfər isə yaralanıb. Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya aydındır. Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Allah şəhidlərimizə rəhmət eləsin.
XİN: “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”



Torpaqlarımızın bir santimetri belə düşmən işğalında qalmayacaq - XİN
XİN cəbhədəki gərginliklə bağlı məlumat yaydı
SON DƏQİQƏ: Azərbaycan ordusu 2 şəhid verdi
Dövlət televiziyası şəhidlərə görə konserti LƏĞV ETDİ
Ermənistan MN-i itkilərini etiraf etdi
Gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - MN
XİN-dən hərbçimizin ölümü ilə bağlı bəyanat
XİN Ermənistanı təxribatçı addımlardan çəkinməyə çağırdı - BƏYANAT
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi
Ermənistanın törətdiyi təxribat XARİCDƏ QINANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 