ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) iyulun 12-13-də Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayıblar. ONN media xəbər verir ki, sözügedən bəyanat ATƏT-in saytında yayımlanıb. Bəyanatda deyilir: Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir. Qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir: "Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar. Döyüşün başlanmasında tərəflər bir-birini ittiham edir. Minsk Qrupu həmsədrləri atəşkəsin pozulmasını qınayır və gərginliyin daha da artmaması üçün tərəfləri aralarındakı birbaşa rabitə kanallarından istifadə etmək də daxil olmaqla, bütün zəruri addımları atmağa çağırır". Bundan başqa, Minsk Qrupu həmsədrləri tərəfləri mümkün qədər qısa zamanda substantiv danışıqlara başlamağa çağırıb. Həmsədrlər şərtlər imkan verən kimi ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasının vacibliyini də vurğulayıblar.
Həmsədrlərdən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT



Bayramov həmsədrlərlə Qarabağ bəyanatını MÜZAKİRƏ ETDİ
Sabah Bakı və İrəvan arasında Qarabağ görüşü keçiriləcək
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Həmsədrlər işğal altında olan Dağlıq Qarabağa səfər etdilər
SON DƏQİQƏ: Məmmədyarovla Mnatsakanyan arasında onlayn görüş keçirilir
Məmmədyarovla Mnatsakanyan görüşdü
Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş başladı
İrəvandan QARABAĞ AÇIQLAMASI: Razılıq əldə etdik
Təmas xəttində növbəti monitorinq keçiriləcək
3 ölkədən QARABAĞ BƏYANATI
İrəvanda Qarabağ münaqişəsi ilə bağlı görüş
Minsk Qrupunun Rusiyadan olan həmsədri DƏYİŞDİRİLDİ
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 