Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məlsizin deputatı Azay Quliyev müraciət yayıb. ONN media bildirir ki, müraciətdə deyilir: – Hörmətli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, Əziz həmkarlar, Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatı nəticəsində iyulun 12-dən etibarən Tovuz istiqamətində şiddətli döyüşlər gedir. Düşmən ciddi itgilər verərərək geri otuzdurulsa da döyüşlər ara vermir. Düşmən hücumunun qarşısının alınmasında qəhrəmancasına döyüşərək şəhid olanlarımız var. Bu gün isə Azərbaycan Ordusunun generalı Polad Həşimov şəhid olub. Generalı şəhid olan Ordu döyüşən Ordudur və o, qalib gəlməklə qisasını alacaq. Mən, rütbəsindən, vəzifəsində asılı olmayaraq, bu amansız və güzəştsiz müharibədə şəhid olmuş bütün zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm! Əziz həmkarlar, Mənfur düşmən, torpaqlarımıza hücum edən işğalçı erməni ordusu qat-qat və daha çox itki verib. Hazırda düşmən ölkənin hərbi analitikləri məlumatları gizlətmək, yalnış məlumat yaymaq, məğlubiyyətlərini ört-basdır etməklə məşğuldular. Bu məqsədlə düşmən təhrif edilmiş məlumatların, dezinformasiya xarakterli xəbərlərin bizim mediada və sosial şəbəkələrdə yayımlanmasına ciddi-cəhdlə çalışır. Belə bir məqamda ölkəmizin vətəndaş cəmiyyətinin nümayəndələri olaraq hər birimizin vəzifəsi ordumuza, qəhrəman əsgər və zabitlərimizə mənəvi dəstək vermək, sosial mediada paylaşılan qeyri-rəsmi, yoxlanılmamış və təxribat xarakterli xəbərləri yaymaqdan çəkinməkdir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri informasiya müharibəsində virtual əsgərə çevrilməli, düşmənin dezinformasiyasının qarşısının alınması üçün sinəmizi irəli verməli, haqq səsimizin dünyaya çatdırılması üçün bütün güclərimizi səfərbər etməliyik. Bunları əsas götürərək, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə müraciət edib aşağıda qeyd olunan məsələləri nəzərə almalarını xahiş edirəm: 1) Ordumuza mənəvi dəstək vermək, milli vətənpərvərlik ruhunu daha da gücləndirmək üçün sosial şəbəkə hesablarınızdan hər biriniz xüsusi paylaşımlar edin və bunu #orduyadəstək həştaqı ilə paylaşın; 2) Sosial şəbəkələrdə hərbi əməliyatlarla bağlı yalnız Müdafiə nazirliyinin və rəsmi qurumların məlumatlarına istinad edin və onları paylaşın; 3) Düşmən tərəfindən informsiya məkanımıza ötürülən və onların daxili və xarici uzantıları tərəfindən tirajlanan bütün məlumatlara (şərhlərə) dərhal reaksiya verin və belə təxribatların vaxtında qarşısının alınmasına köməklik edin; 4) Ermənistanın hərbi mövqelərimizə, kəndlərimizə və mülki əhalimizə qarşı etdiyi hərbi təcavüz haqqında müxtəlif xarici dillərdə məlumat hazırlayıb əməkdaşıq etdiyiniz və tanıdığınız bütün təşkilatlara, beynəlxalq qurumlara və xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə təqdim edin; 5) Belə çətin və həssas məqamda dövlət-xalq birliyinin, ümumilli həmrəyliyin və ictimai-siyasi sabitliyin daha da güclənməsinə və qorunmasına dəstək olun və bu birliyi və sabitliyi pozmağa çalışanlara qarşı prinsipial mövqeyinzi ifadə edin. Əziz həmkarlar, Əminəm ki, Siz vətənpərvər və məsuliyyətli vətəndaş kimi qeyd etdiyim məsələlərin indiki zamanda nə qədər vacib və əhəmiyyətli olduğunu yaxşı bildiyinizdən bu istiqamətdə bütün potesnialınızı səfərbər edəcək və xalqımızın haqq işinə öz dəyərli töhfənizi verəcəksiniz.
Azay Quliyev QHT-lərə MÜRACİƏT ETDİ



Azay Quliyev koronavirusla bağlı QHT-lərə çağırış etdi
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Erməni təxribatı nəticəsində şəhid olan hərbiçimizin FOTOSU YAYILDI
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı ƏN SON AÇIQLAMA
Şiddətli döyüşlər: Ordumuz hansı obyektləri vurdu? – Rəsmi
Azay Quliyev elan etdi: “17 martdan 16 aprelədək…”
Polad Həşimovun şəhid olmasının ildönümüdür
Azay Quliyev Müşahidə Şurasının sədri seçildi
Şəhid İlqar Mirzəyevin ailəsinə medal təqdim edildi
Azay Quliyev QHT-ləri təbrik etdi
Bu gün Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür
Azərbaycan ordusunun generalı şəhid oldu
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 