İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar: - polkovnik Mirzəyev İlqar Anzor oğlu; - mayor Əhmədov Namiq Hajan oğlu; - mayor Novruzov Anar Gülverdi oğlu; - gizir Zeynallı İlqar Ayaz oğlu; - gizir Babayev Yaşar Vasif oğlu; - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib. Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı ƏN SON AÇIQLAMA



Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
Azərbaycan şəhid polkovnikini izdihamla qarşıladı - FOTO
SON DƏQİQƏ: Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR
Daha 5 şəhidimiz var - Təcili
Şəhid İlqar Mirzəyevin ailəsinə medal təqdim edildi
SON DƏQİQƏ: Ordumuz daha bir şəhid verdi
Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub - ADLAR
Tovuzda həlak olan QƏHRƏMAN ŞƏHİDLƏRİMİZ haqqında tükürpədən faktlar - FOTOLAR
Şiddətli döyüşlər: Ordumuz hansı obyektləri vurdu? – Rəsmi
İlham Əliyev onlara general RÜTBƏSİ VERDİ - SİYAHI
Bu gün Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 