Xəbər verdiyimiz kimi, gecə saatlarında yürüş iştirakçıları Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib.
ONN media xəbər verir ki, İctimai Televiziyanın yürüş yerindən hazırladığı reportajda bildirilir ki, yürüş iştirakçıları Qarabağ uğrunda müharibəyə hazır olduqlarını qeyd ediblər. Polis qeyri-qanuni aksiyaya müdaxilə etməyib. Təxminən gecə saat 2 radələrində insanların böyük bir hissəsi dağılışsa da, Şəhidlər Xiyabanı və Milli Məclisin qarşısındakı meydanı tərk etməyənlər də olub. Tribunaya çıxan Müdafiə Nazirliyinin rəsmiləri toplaşanlara orduya dəstəyə görə minnətdarlıqlarını bildirib.
Lakin bundan sonra baş verənlər nə aksiyanın məğzinə, nə də bu insanların səsləndirdiyi Qarabağın azad edilməsi şüarlarına uyğun gəlməyib. İşğal edilmiş torpaqların azad edilməsini tələb edən bir qrup insan niyəsə Qarabağa gedən yolun Milli Məclisin binasının şüşələrini sındıraraq qanunverici orqana daxil olmaqda görüb. Baş verənlər polisi hərəkətə keçməyə vadar edib. Asayiş keşikçiləri aksiya iştirakçılarına xəbərdarlıq edərək dağılışmağı tələb ediblər. Bu çağırışa əməl edilmədikdə polis əvvəlcə parlamentin binasına daxil olaraq qanunverici orqanı zəbt etməyə çalışan insanları saxlamağa başlayıb. Milli Məclisin qarşısındakı meydanın xüsusi vasitələrdən istifadə edilməklə boşaldılması başlanılıb.
Reportajda aksiya iştirakçılarının bir neçə polis avtomobilinə, o cümlədən iki avtobusa ziyan vurduğu da deyilir.
Polis qısa zaman ərzində ərazidə asayişi bərpa etməyə müvəffəq olub. Qarabağa azadlıq və orduya dəstək şüarları hansısa qüvvələrin təxribatının nəticəsində dövlət orqanlarının binasına hücum və iğtişaşla nəticələnib. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kiminsə sifarişiylə puç edib.



Bakıdakı yürüş gecəsi təxribat törədənlər ƏLƏ KEÇDİ — FOTO
Milli Məclisə dəyən ziyanın məbləği MƏLUM OLDU
SON DƏQİQƏ: Bakıda əsgərlərə dəstək yürüşü keçirilir
Batumidə də etirazlar başlayıb
ABŞ-da 40 min insan aksiya keçirib- SƏBƏB NƏDİR?
İstanbulda Qarabağa dəstək yürüşü keçirildi - VİDEO
Sabah Bakıda yürüş keçiriləcək
Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi – VİDEO
Bakıda Zəfər yürüşü başladı
Silahlı Qüvvələr Günü münasibətilə yürüş keçirilir
Bakıda Şəhidlər Xiyabanı yanında gecə klubu... - VİDEO
SON DƏQİQƏ: Nyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 