Cənubi Koreyanın nüfuzlu "The Korea Post" qəzetinin Koreya və ingilis dili versiyalarında Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə məqalə yerləşdirilib. ONN media xəbər verir ki, "Ermənistan atəşkəs rejimini pozur, Tovuzdakı Azərbaycan mövqelərini atəşə tutur" başlıqlı məqalədə Azərbaycan Ordusunun müvafiq cavab tədbirləri gördüyü, düşməni geri oturtduğu qeyd olunub. Bildirilib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir. "The Korea Post" yazır ki, bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır. Məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzünün tarixi barədə məlumat verilib, qeyd olunub ki, Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozaraq hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Qeyd olunub ki, dünya ictimaiyyətinin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda Ermənistanın törətdiyi təxribatlar bu ölkənin BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsinin riyakarlıq olduğunu sübut edir.
Koreyanın nüfuzlu "The Korea Post" qəzeti erməni təxribatından yazdı



SON DƏQİQƏ: Ermənistan ordusu yenidən təxribat cəhd etdi
Ermənistan dövlət sərhədində atəşkəs rejimini POZDU
Ermənistan dövlət sərhədində atəşkəs rejimini POZDU
SON DƏQİQƏ: Ermənilər Kəlbəcəri atəşə tutdu
Ermənistan itkilərini açıqladı- ŞOK RƏQƏM
Ermənistan dövlət sərhədində atəşkəs rejimini YENƏ POZDU
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
Kəlbəcər istiqamətində daha bir erməni məhv edild
MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur
Ermənistan dövlət sərhədində atəşkəs rejimini POZDU
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
XİN cəbhədəki gərginliklə bağlı məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 