İlham Rəhimov: "O təxribat videosunu çəkən şəxs axtarılır"
Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Moskva şəhərində fəaliyyət göstərən Food City topdansatış bazasına erməni ticarətçilər buraxılmır. Bu qərarı sözügedən bazarın azərbaycanlı sahibləri İlham Rəhimov və yəhudu əsilli iş adam Qod Nisanov veriblər. Məlumatı İlham Rəhimov şəxsən özü də təsdiqləyib.
O, ötən gün jurnalist Aygün Muradxanlıya verdiyi müsahibədə məsələnin detallarını ictimaiyyətə izah edib. Əsas səbəb kimi Ermənistanın Tovuz rayonuna son hücumu göstərilir.
İyulun 18-də sosial şəbəkələrdə erməni ticarətçilərin guya Food City-ə geri döndükləri, orada məhsul satdıqları haqda video yayılıb. Bununla bağlı jurnalist Aygün Muradxanlı professor İlham Rəhimovdan eksklüziv açılama alaraq özünün Facebook hesabında paylaşıb.
"Bu görüntülər, yəqin ki, bir erməni provakasiyasıdır. Bir neçə dəqiqə öncə professor İlham Rəhimovla danışdım. Bu videonu çəkən axtarılır... Dediklərini nöqtə-vergülünə toxunmadan paylaşıram: ”Bu çəkilişi mənə də göndərmişdilər. Dərhal göstəriş verdim ki, provakasiyanı kimlərin təşkil etdiyi araşdırılsın. Food City-də bir nəfər də erməni yoxdur. Qərarımız qüvvədədir - heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır. Food City-nin işlətməçilərinə bununla bağlı tapşırıq verilib. Provakasiya yersizdir”.
Yada salım ki, artıq 3 gündür, Avropanın ən böyük topdansatış mərkəzi olan Food City-də Ermənistan məhsullarının satışı dayandırılıb. Bu, Ermənistan iqtisadiyyatı üçün böyük itkidir". musavat.com



Prezident İlham Rəhimovla bağlı sərəncam imzaladı
Sürücülərə "fast food" qadağan edildi
Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi – VİDEO
Elif Şafakın kitabları Azərbaycanda boykot edildi - BU SƏBƏBƏ...
Ordumuz erməni postunu darmadağın edib çıxdı
Nyu-Yorkun adı dəyişdirildi - Amerikalılar ŞOKDA
Ərdoğanın azərbaycanlı məsləhətçisinin "Facebook" hesabı bağlanıb
Paşinyan istefa verib?
Ağdamda daha bir mehmanxananın təməli qoyuldu
Bakının məşhur restoranında yanğın başladı - VİDEO
İlham Əliyev: "Ermənilər Kəlbəcəri tərk edərkən buraları dağıdıblar"
Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 