ONN İnformasiya Agentliyi

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi

AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi
20-07-2020, 20:59

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru, 74 yaşlı Abasağa İmanov koronavirusdan dünyasını dəyişib. ONN media  xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib. Onun sözlərinə görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq bir aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib: "6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib. AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png