Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların Siyahısı”nın və “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2019-cu il 29 iyul tarixli Qərarında dəyişiklik edib. ONN media xəbər verir ki, müvafiq qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 407 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 968 nömrəli Fərmanına əsasən Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 330 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nın 3.1-ci bəndinə (Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə ötürülür – red) “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, sözlərindən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sözləri əlavə edilib. Bununla da Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsinə də ötürüləcək.
Əli Əsədovdan YENİ QƏRAR



Azərbaycana gələcək təyyarələrlə bağlı yeni qərar
İlham Əliyev fərman imzaladı
Bu gün Milli Məclis toplaşır: 19 məsələ müzakirə olunacaq
Milli Məclis bu gün 30 məsələyə görə toplanır
Deputatlar 13 məsələni müzakirə edəcək
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin iclası başladı
İlham Əliyev fərman imzaladı
Milli Məclisin iclasının gündəliyi dəyişib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 