Tovuzda Babək Hüseynzadə adlı polis əməkdaşının əsgərlərə aparılan sovqatı mənimsədiyi üçün işdən çıxarılması barədə yayılan məlumatlar əsassızdır. ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib. O bildirib ki, sözügedən əməkdaş xidmətdə məsuliyyətsizliyə yol verdiyi üçün işdən azad edilib: “Bu cür məlumatlar xaricdə oturub şər-böhtan atanların növbəti təxribatıdır. Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir və əsgərlərimizin heç bir kənar yardıma, ərzağa ehtiyacı yoxdur. Hansısa vətəndaş yardım gətiribsə, polisə bunun heç bir aidiyyəti yoxdur. Sözügedən polis əməkdaşının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır. Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq, ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Bir müddətdən sonra onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verdiyi üçün Tovuz Rayon Polis Şöbəsi rəisinin əmri ilə xidmətdən xaric olunub”. E.Zahidov onu da qeyd edib ki, sözügedən əməkdaşın maddi durumu yaxşıdır və əsgərlərin payını mənimsəməyə ehtiyacı yoxdur: “Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər”. Qeyd edək ki, Həbib Müntəzir Tovuzda əhalinin əsgərlər üçün topladığı sovqatı polis serjantı Babək Hüseynovun mənimsədiyini bildirib. O qeyd edib ki, B.Hüseynov 4 blok siqaret və ərzağı oğurlayıb. Həmçinin onun 106 saylı dairə seçki komissiyası sədri İlqar Hüseynovun oğlu olduğu bildirilib.
Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - RƏSMİ



Aksiyanın qarşısını alan polislər işdən çıxarılıb? - Rəsmi
Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
Vaqif Əsədovun işdən çıxarılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Nazir rəisi işdən AZAD ETDİ
Nazir Ziya Məmmədovun qardaşı oğlunu işdən çıxardı
Azərbaycanda 51 polis işdən çıxarılıb - RƏSMİ
Azərbaycanda 5 polis işdən çıxarıldı- Rəis sərəncama götürüldü
Azərbaycanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Nazir şöbə rəisini işdən AZAD ETDİ
Polis polkovniki işdən çıxarılıb - SƏBƏB?
DİN-də GÖZLƏNİLMƏZ KADR DƏYİŞİKLİKLƏRİ
Postlarda qanunsuzluq edən polislər işdən çıxarıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 