Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyəti barədə Teleqramdan da məlumatlar əldə edə biləcəklər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya bildiriblər ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə nazirliyin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri dörd ilə yaxındır fəaliyyət göstərir.Artıq iyulun 28-dən Daxili İşlər Nazirliyinin rəsmi Teleqram səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktik tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” (https://t.me/polisazerbaycan) adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də həyata keçirilən profilaktik tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.



DİN artıq İnstagramda
DİN-dən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
DİN-dən sosial şəbəkə istifadəçilərinə müraciət
DİN jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Nazir Vilayət Eyvazov əmr imzaladı
Azərbaycanda 51 polis işdən çıxarılıb - RƏSMİ
Daxili İşlər Nazirliyində kadr dəyşikliyi oldu
Nazirin qəbul vaxtı dəyişdirildi
Azərbaycanda bu qurumlar LƏĞV EDİLDİ - ƏMR
Nazirdən DYP ilə bağlı göstəriş
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 