Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlaması ilə məşğul olan şəhər Şirvan sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib. Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.



Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Şirvanda "patı" satan qadın ƏLƏ KEÇDİ
Polis əməliyyat keçirdi - Evdən 2 kiloqramdan artıq "patı" çıxdı
Bakıda mağaza və gözəllik salonlarınada dava salan LGBT üzvü saxlanıldı
Lənkəranda ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı
Polis əməliyyat keçirdi: saxlanılanlar var
Hacıqabul polisindən əməliyyat: saxlanılan var
Bakıda narkokuryerlər saxlanıldı - Video
İsmayıllıda narkotik alverçisi ƏLƏ KEÇDİ
"Patı" satan 7 nəfər tutuldu
DİN-dən ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 