Livanın paytaxtı Beyrutda ötən gün meydana gələn dəhşətli partlayışa görə 2 həftəlik fövqəladə vəziyyət elan olunub. ONN media xəbər verir ki, bu barədə ölkənin Ali Müdafiə Şurası qərar qəbul edib. Şura paytaxtda orduya təhlükəsizliyin təmin olunmasını tapşırıb. Hüquq-mühafizə orqanları, gömrük, liman və hava limanlarındakı silahlı qüvvələr, silahlı mühafizə birlikləri və xilasedicilərin ordunun tabeliyinə verilməsini qərarlaşdırıb. Verilən qərarlar sırasında yaralıların xəstəxana xərclərinin qarşılanması üçün xəstəxanalara maliyyə ayrılması, dünyasını dəyişənlərin ailələrinə kompensasiya verilməsi, partlayışda buğda anbarlarının zərər görməsi səbəbilə buğda tədarükü edilməsi, idxal və ixrac fəaliyyətlərinin davamlılığı üçün Tripoli hava limanının hazır vəziyyətə gətirilməsi, dəyən ziyanın ölçülməsi üçün Livan ordusu ilə əməkdaşlıq çərçivəsində Ali Yardım Komissiyasının yaradılması və bu komissiyanın evləri dağılan ailələrə sığınacaq yaratması, xarici ölkələrdən gələn yardımlar üçün xüsusi fond qurulması yer alıb. Qeyd edək ki, Ali Müdafiə Şurası daha əvvəl Beyrutu fəlakət bölgəsi elan etmişdi. Səhiyyə naziri Hamad Həsənin son məlumatına görə, partlayış zamanı 63 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.
Paytaxtda FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi


Ölkədə fövqəladə vəziyyət elan edildi - NƏ BAŞ VERİR?
SON DƏQİQƏ: Ukraynada fövqəladə vəziyyət elan olundu
Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
Macarıstanda fövqəladə vəziyyət elan edildi
Daha bir ölkədə fövqəladə vəziyyət elan olundu
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Qazaxıstanda bütün ölkə üzrə fövqəladə vəziyyət elan edildi
Beyrutda vəziyyət GƏRGİNLƏŞİR: XİN binasına hücum edildi
SON DƏQİQƏ: ABŞ-da FÖVQƏLADƏ VƏZİYYƏT elan edildi - Trampdan GÖSTƏRİŞ
Ermənistanda fövqəladə vəziyyət ELAN EDİLDİ
ABŞ -da DƏHŞƏT YAŞANIR: Fövqəladə vəziyyət elan edildi
New Yorkda fövqəladə vəziyyət elan olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 