Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində və Dənizkənarı Milli Parkda boğulmaq təhlükəsi ilə üz-üzə qalan ikisi uşaq olmaqla üç nəfərin həyatını xilas ediblər. Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlını xilas edib. Belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşı 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib. Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas edilib. Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən həmçinin bu gün Dənizkənarı Milli Parkda daha bir azyaşlı və anasının həyatı xilas edilib. Park ərazisində xidmət aparan polis serjantları Rəşad məmmədov və Sevinc Quliyeva bir qadının qışqırığının şahidi olublar. Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev Dənizkənarı Milli Parkda olan zaman ehtiyatsızlıqdan suya düşüb. Bu zaman onu xilas etməyə çalışan anası A.Abdullayeva da özünü dənizə atıb və hər iki şəxs boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu zaman adları çəkilən polis əməkdaşları həyatlarını təhlükə altına qoyaraq dənizdə batmaq üzrə olan ana və oğlunu xilas ediblər. Hər iki hadisədən sonra xilas edilən şəxslər və onların valideynləri polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər. 06 avqust 2020-ci il
Polislər 3 nəfəri ölümdən xilas etdi



Polisdən BÖYÜK FƏDAKARLIQ: dənizdə batan şəxsi xilas edərkən həyatını itirdi
Çevik polis alayının forması dəyişdi
Bakıda polis zabiti özünü ÖLÜMƏ ATDI - Gənci xilas etdi
General yeni vəzifəyə təyin olundu
Polislərin ayıq-sayıqlığı sayəsində bir ailə ölümdən xilas edildi
Dənizdə batma təhlükəsi olan şəxs xilas edilib
Nazir Çevik Polis Alayının qərargah rəisini işdən çıxartdı
Yanğın zamanı onlar öz qəhrəmanlığı ilə fərqləndi
Nazirlik 8 nəfəri ölümdən xilas etdi
Velosiped oğruları tutuldu
Bulvarda qadın özünü dənizə atdı
Azərbaycanda polis həyatı ilə risk etdi… - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 