Stilist, dizayner Maks Qor payızda aktual olacaq tendensiyalardan danışıb. Onun sözlərinə görə, sentyabrın ilk günlərinin gəlməsi ilə qismən qarderob dəyişikliyinə diqqət yetirməyə dəyər. ONN media xəbər verir ki, stilist gözlənilməz dəb yeniliklərinin olmayacağını bildirib. “Bu payız zərif və təsadüfi seçilmiş obrazları sevənləri sevindirəcək, ancaq izdihamdan fərqlənmək üçün çalışmalı olacaqsınız. Çiyinləri vurğulayan paltolar, gödəkçələr və bomber üst geyimləri dəbdə olacaq. Payızın əsas tendensiyası bohem stilidir. Stil nə qədər orijinaldırsa, bir o qədər maraqlıdır. Şkafdakı dəri əşyaları gizlətdiyiniz yerdən çıxarın, onları yenidən canlandırmaq vaxtı gəlib. Sentyabr motosiklet geyim mədəniyyətini xatırladacaq. Xüsusilə kobud dəri çəkmələr xanımları daha güclü göstərəcək. Belə detallar onlara öz gözəlliklərini vurğulamağa kömək edəcək. Dəri gödəkçə, dəri şalvar və şortları məmnuniyyətlə geyin. Obrazlarınızı böyük aksessuarlar, pərçimlər ilə birləşdirin. Qurama tərzi az populyar olacaq. Parça və dəri qırıntılarını bir-birinə tikmək, müxtəlif toxumaları və rəngləri özündə birləşdirmək texnikası təkcə paltarlarda deyil, həm də makiyajda aktual olacaq. Makiyajda sınaqlardan çəkinməyin. Gözünüzə çəkdiyiniz oxlar mavi, ənliksə narıncı ola bilər. Dodaq boyası qırmızıdan nyud rənglərə qədər ola bilər. Ancaq saç düzümlərində sadəlik bu payızın əsas trendidir, mürəkkəb rəngləmə və üslublar deyil, təbii tonlar populyardır. Təbii olun və unutmayın ki, mövsümün əsas trendi səmimiyyət və insanlara olan məhəbbətdir”, - Maks Qor “Beşinci kanal”a verdiyi müsahibədə qeyd edib.(publika.az)
Stilist payız dəbinin trendlərini elan etdi



Mövsümün ən dəbli üst geyimləri hansılardır?
Stilist Balaş həyatını itirdi
Stilist üzü tamamilə yanan xanımı belə dəyişdirdi - Video
Yayda günəş şüalarının fəsadlarından belə qorunun
Bu yay çəhrayı çalarlarında ayaqqabılar geyinin
Saçlarımızı hansı temperaturda yumalıyıq?
Xəz dəri satışına QADAĞA
Dünya şöhrətli stilist Bakıda özünə milyonluq villa tikdirdi
Bu bürclər payızda varlanacaq
Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – HƏKİM
Dəri rənginə görə pomada seçimi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 