“Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Bunu Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib: "Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır".
“Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var - Prezident



Prezident: Biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
İlham Əliyev: "Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb"
İlham Əliyev neftçiləri təbrik etdi
Yusifzadə açıqladı: 492 milyon ton neft...
Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq... - İlham Əliyev
Xoşbəxt Yusifzadə vəfat edib
Prezident Dərin Özüllər Zavodunda iştirak edib
İlham Əliyev: “Bizim neft yataqlarımız nə vaxtsa tükənəcək”
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi
Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz AÇIQLANDI
Neftin son qiyməti açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 