Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
Şuradan ONN media -ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunmuşdur.Müzakirələrdən sonra Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınmışdır:
1. “Lider TV və Radio Azərbaycan” MMC - 500.000 manat
2. “Xəzər TV” MMC - 500.000 manat
3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat
4. “ARB 24” MMC - 500.000 manat
5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat
6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat
Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 (dörd yüz min) manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılmışdır.
İclasda, həmçinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunmuşdur. Yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunmuşdur.
Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək.
Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.



Prezidentin ayırdığı 3 milyon 5 telekanal arasında bölündü
5 televiziyanın hər birinə 600 min manat ayrılıb - SİYAHI
MTRŞ-yə 4 milyon manat ayrıldı - SƏRƏNCAM
MTRŞ-ya 3 milyon manat ayrıldı - SƏRƏNCAM
Özəl teleradiolara 3 milyon manat ayrıldı
Prezidentin ayırdığı 3 milyon manat 5 özəl telekanal arasında bərabər bölünəcək - SİYAHI
Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi
Prezident İTV-yə maliyyə yardımı ayırdı
Lider TV telekanalının yayımı dayandırıldı
Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı
MTRŞ-dən koronavirusla bağlı televiziyalara - Müraciət
Azərbaycanda bu televiziya kanalının yerüstü yayımı dayandırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 