Tanınmış teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib.
ONN media xəbər verir ki, buna səbəb teleaparıcının "El bizim sirr bizim" verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumatın getməsi olub. Belə ki, verlişdə qonaq qismində qatılan əslən Sədərək rayonundan olan şair Kamaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verib. Daha sonra şair bu məsələni ictimailəşdirdiyini, bunun əsasında da Naxçıvan MR Sədərək Rayon Polis İdarəsinin rəisinin, rayonun icra başçısının müavininin, icra başçısının köməkçisinin vəzifəsindən azad olunduğunu bildirib. Veriliş efirə getdikdən sonra məsələ ilə bağlı Muxtar Respublikadan ciddi iradlar bildirilib və verilən məlumatların doğru olmadığı bildirilib. Daha sonra araşdırma edilib və teleaparıcı Elçin Əlibəyli dəqiqləşdirilməmiş məlumatın verilişdə yayımlandığına görə Naxçıvan MR əhalisindən, Sədərək Rayon İcra Hakimiyyətinin rəhbərliyindən üzr istəyib. Teleaparıcının üzrxahlığı ilə bağlı Naxçıvan televiziyası da reportaj yayımlayıb. (ölkə.az)Elçin Əlibəyli naxçıvanlılardan üzr istədi



Tanınmış teleaparıcı əməliyyat olundu
Sədərəkdə partlayış baş verdi
İlham Əliyev bu İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI
Əlibəyli xalqı və TV-ni təhqir etdi – Speys TV-dən açıqlama
İlham Əliyev bu xanımı İCRA BAŞÇISI TƏYİN ETDİ - SƏRƏNCAM
Naxçıvan sakini gizlətdiyi tapançanı polisə verdi
Azərbaycanda bu kənd digər rayona verildi - QƏRAR
Elçin Əlibəyli prezidentə MÜRACİƏT ETDİ
Prezident xanım başçını vəzifədən azad etdi
Prezident Naxçıvanda icra başçısını vəzifəsindən azad etdi
ETSN-da bu idarələr ləğv edildi
Sədərək rayonunda Bayraq Meydanı istifadəyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 