Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. ONN media xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Seibert liderlərin avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra Belarusdakı vəziyyəti müzakirə etdiklərini söyləyib: "Kansler vurğuladı ki, böhranı aradan qaldırmaq üçün Belarus hökuməti ilə danışıqlar aparılmalıdır. Siyasi məhbusları azad edilməli və hökumət müxalifət və cəmiyyətlə milli dialoqa qoşulmalıdır". Görüşlə bağlı Kremlin verdiyi açıqlamaya görə, Rusiya tərəfi böhranın kəskinləşə biləcəyi ilə bağlı xəbərdarlıq edərək, Belarusun daxili işlərinə kənardan müdaxilə cəhdinin yolverilməz olduğunu vurğulayıb. Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlərin liderləri sabah videokonfrans vasitəsi ilə keçiriləcək fövqəladə sammitdə Belarusdakı hadisələri müzakirə edəcəklər.
Merkel Putinə zəng etdi: Kritik Belarus müzakirəsi

