Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib. ONN media xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarda deyilir: 1. “Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılsın. 2. “Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur). 3. Peşə Təhsilinin İnkişafı Fondunun (bundan sonra – Fond) işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilsin. 4. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 4.1.1. Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; 4.1.2. idarəetmə orqanlarının yaradılması; 4.1.3. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi; 4.1.4. Fondun yenidən təşkili və ləğv edilməsi; 4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə: 4.2.1. bu Qərarın 3-cü hissəsində və 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” 2. Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində public hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və onlar arasında ədalətli bölgüsünü təmin etmək üçün onların maliyyə vəziyyəti nəzərə alınmaqla əldə etdikləri büdcədənkənar vəsaitdən Peşə Təhsilinin İnkişafı Fonduna ayırmaların məbləğini müəyyən etsin. 6. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər".
Baş nazirdən QƏRAR: Yeni publik hüquqi şəxs yaradıldı



Təhsilin İnkişafı Fondu yaradıldı
Azərbaycanda təhsillə bağlı YENİLİK
İlham Əliyev sərəncam imzaladı
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
Azərbaycan Ordusuna Yardım Fondu yaradılır - FƏRMAN
Prezident yeni Mərkəz yaratdı - FƏRMAN
Tələbələrə ŞAD XƏBƏR - Prezident fərman imzaladı
Peşə məktəbləri ilə bağlı YENİ QƏRAR
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
Azərbaycan Biznesinin İnkişafı Fondu yaradıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 