Ağ Ev “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana 2 milyon dollar vəsait ayırıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ-ın Dövlət Departamentinin Katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon dollar ayrılıb. W-GDP fondundan ayrılmış 2 million ABŞ dolları dəyərində vəsait, Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan və qadınlara yönəlmiş biznes və peşakar assosiasiaların imkanlarının artırılmasına yardım edəcək. Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxşı əldə etməyə yardım edəcək . W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır. Qadınlar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinliklərin aradan qaldırılmaq imkanını əldə edəcək. Prezidentin Məsləhətçisi İvanka Tramp bildirib: “W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələndirilməsi və inkişafı üçün yaradılmışdır. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək, fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik“. Bu il Azərbaycan dünyanın 60-dan çox dövlətinə qatılaraq W-GDP təşəbbüsünün irəliləməsinə təkan verib. W-GDP təşəbbüsü qadınlara, həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayyələr yatıraraq, qlobal sülh və sabitliyə təkan verən iqtisadi artıma töhfə verirlər. 2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadı imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştaların hökuməti tərəfindən tam həyata keçirilən ilk layihəsini, Qadınların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) Təşəbbüsünü təsis edib. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması, və qadınların iqtisadiyyatda rolunun güclənməsi kimi üç əsas istiqamətə yönəlmiş W-GDP Təşəbbüsünün məqsədi 2025-ci ildə inkişaf edən dövlətlərdə yaşayan 50 million qadını əhatə etməkdən ibarətdir. W-GDP təşəbbüsü yeni innovasiya fonduna təkan verərək sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Keçirildiyi ilk ildə W-GDP Təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 million qadını əhatə edib.
Ağ Ev Azərbaycana 2 milyon dollar ayırdı



ABŞ buna görə Azərbaycana 1 milyon dollar ayırdı
Azərbaycan Qəzza üçün 2 milyon ayırdı
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək
ABŞ Azərbaycana 500 min dollar ayırdı
Rusiya ÜST-ə 1 milyon dollar ayırdı
Bu ölkənin Azərbaycana 6 milyon dollardan çox borcu var
AB Azərbaycana 14 milyon ayırıb
Azərbaycanda dollara tələb artıb
Azərbaycan bu iş üçün 7 milyon dollar ayıracaq
ABŞ Azərbaycana yardım ayırır: Koronavirusla mübarizəyə 1.7 milyon dollar
Azərbaycan İrana 500 milyon dollar kredit ayırdı
ABŞ-dan Ukraynaya külli miqdarda yardım gedəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 