Ədliyyə Nazirliyi işdən çıxarılan generalla bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb. ONN media xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayevin işdən çıxarılmasının səbəbi kimi vəkil Adəm Məmmədovun yazdıqları geniş müzakirə mövzusu olub. Vəkil yazıb ki, general 100 min manat rüşvət alıb və bunu sübut edən səs yazısı olub. Buna görə də işdən çıxarılıb. Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə bu mövzuda yazılanların həqiqət olmadığını deyib. Onun sözlərinə görə, nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib: "Lakin təəssüflə qeyd etmək istəyirəm ki, son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər portallarında bununla bağlı sensasiya xətrinə dezinformasiya xarakterli statuslara, yazılara, hətta canlı yayımda qərəzli uydurma çıxışlara rast gəlinir. Odur ki, hörmətli və dəyərli sosial şəbəkə istifadəçilərindən, KİV nümayəndələrindən, vəkillərdən və digər peşə mənsublarından hansısa və ya kimlərinsə maraqları ucbatından təqdim edilən şayiə xarakterli qərəzli məlumatlara inanmamağı və onları dəqiqləşdirmədən yaymaqdan həqiqət naminə çəkinməyi xahiş edirəm".(musavat.com)
General rüşvətə görə işdən çıxarılıb? - Nazirlikdən MÜNASİBƏT



Azərbaycanda nazirliyin idarə rəisi istefa verdi
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Postlarda qanunsuzluq edən polislər işdən çıxarıldı
İcra başçısının rəis qudası işdən çıxarıldı
Zakir Qaralov idarə rəisini işdən çıxardı
Ramiz Zeynalov vəzifədən azad edilməyib? - RƏSMİ AÇIQLAMA
Nazir şöbə rəisini işdən AZAD ETDİ
Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
Ədliyyə nazirliyində yeni təyinatlar olub
Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarıldı
Nazirlikdə yeni TƏYİNATLAR
Ramil Usubovdan yeni TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 