ONN İnformasiya Agentliyi

Müharibə əlillərinə 250 avtomobil veriləcək

Müharibə əlillərinə 250 avtomobil veriləcək
20-08-2020, 15:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin, 1990-cı il 20 Yanvar hadisələri və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təmin olunması işləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media -ya verilən məlumata görə, qurum tərəfindən 2020-ci ildə həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək. Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir. Ümumilikdə indiyədək Nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6 900 avtomobil verilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png