Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı daha 50 avtomobil müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara təqdim edilib.
Nazirlikdən ONN media-ya verilən məlumata görə Avtomobillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplara göstərilən yüksək qayğıya, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addımlar dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir. 2019-cu il ərzində təqdim edilən iki sosial paket nəticəsində ölkəmizdə minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Bu və digər sosial tədbirlər ölkədə sosial inkişafda ciddi irəliləyişləri təmin etməklə, cari ildə 4,2 milyon vətəndaşın rifah halının yaxşılaşdırılmasına mühüm dəstək olub.
Nazir müavini eyni zamanda müharibə əlillərinin və onlara bərabər tutulanların, şəhid ailələrinin mənzillə, həmçinin müharibə əlillərinin və onlara bərabər tutulanların, o cümlədən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşların avtomobillə təminatı işlərinin ildən-ilə gücləndirildiyini bildirib. M.Kərimli qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan 174 mənzil artıq verilib. İndiyədək isə şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.
M.Kərimli avtomobillə təminat tədbirlərinin də ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə və onlara bərabər tutulan əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan yeni verilən 50 avtomobil də daxil olmaqla cari ildə artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili verilib.
Tədbirdə ictimai birliklərin rəhbərləri Azərbaycanda sosial inkişaf proseslərinin, vətəndaş rifahının təminatı, həssas kateqoriyalardan olan vətəndaşlara qayğının artırılması istiqamətində aparılan işlərin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar



Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Çernobıl əlillərinə birdəfəlik maddi yardım verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Müharibə əlillərinə 250 avtomobil veriləcək
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Kamil Musəviyə avtomobil hədiyyə verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil verildi - VİDEO
Bu şəxslərə 400 avtomobil veriləcək - SƏRƏNCAM
Prezidentdən köçkünlərə bayram hədiyyəsi
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 