Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib. ONN media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini vurğulayıb. O həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini bildirib. O da qeyd edilib ki, bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub. Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulduğunu, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 330 avtomobil verildiyini diqqətə çatdırıb. A.Əliyev bildirib ki, bununla da indiyədək müharibə əlillərinə 6474 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub. Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər. Yeni avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qarabağ əlillərinə daha 50 avtomobil verildi



Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Kamil Musəviyə avtomobil hədiyyə verildi
Qarabağ əlillərinə daha 50 avtomobil verildi
50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Prezidentdən köçkünlərə bayram hədiyyəsi
50 avtomobil əlilliyi olan vətəndaşlara verilib
Şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Nazirdən şəhid ailələri və müharibə əlillərinə veriləcək evlərlə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 