Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı davamı kimi, bu gün Salyan rayonundan 33 şəhid ailəsi və müharibə əlilinin mənzillə təminatı həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media -ya verilən məlumata görə, onlara Şirvan şəhərindəki 68 mənzilli yeni yaşayış binasından mənzillər verilib. Yeni mənzillərlə təmin olunan vətəndaşlar ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin rifahının yaxşılaşdırılması üçün aparılan işlərdən razı qaldıqlarını bildiriblər. Onlar daim dövlətin qayğısı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir. Buna misal olaraq, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, bu il həmin kateqoriyalardan olan vətəndaşlara 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə onlardan 368 mənzil verilib. Ümumilikdə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7970-dək mənzil və fərdi ev təqdim edilib.
33 şəhid ailəsi və müharibə əlilinə mənzil verildi



50 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil verildi - VİDEO
Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edildi
Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verildi
Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi
Qarabağ əlillərinə daha 50 avtomobil verildi
Şəhid ailələrinə və müharibə əlillərinə ev verildi
Nazir: "Hər il 500-600 ailə mənzillə təmin ediləcək"
50 avtomobil əlilliyi olan vətəndaşlara verilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 