Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə mübarizə məqsədilə müəyyənləşdirdiyi qaydalara zidd olaraq son vaxtlar paytaxtın bir neçə məşhur restoranında adamların kütləvi şəkildə iştirak etdikləri toy və nişan mərasimlərinin keçirildiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. ONN media xəbər verir ki, Bakıda ictimai iaşə xidmətləri göstərən “Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası bununla əlaqədar olaraq bildirir ki, bu restoranlarda Operativ Qərargahın bütün qərarları dəqiqliklə icra edilir. “Sərt karantin rejimi dövründə “Nar & Sharab”da və “Sapphire Zagulba”da heç bir kütləvi tədbir, toy və nişan məclisi təşkil edilməyib. Operativ Qərargah tərəfindən qoyulan qadağa götürlmədiyi müddətdə belə məclislərin təşkil edilməsi ilə bağlı hər hansı müraciətə baxılması mümkünsüzdür”, restoranların administrasiyalarının bəyanatında bildirilir. Qeyd edək ki, hazırda “Sapphire Zagulba” hoteli bağlıdır və fəaliyyət göstərmir. “Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası yalan və saxta məlumatların yayılmasını qəti şəkildə pisləyir, bunu ölkəmizdə ictimai sabitliyin və əmin-amanlığın pozulmasına qəsdən yönəlmiş hərəkət hesab edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov KİV-ə açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, avqustun 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.
“Nar & Sharab” restoranında NİŞAN KEÇİRİLİB?



Toy, ad günü və kütləvi tədbirlərlə bağlı DİN-dən MÜHÜM AÇIQLAMA - VİDEO
Operativ Qərargah karantin rejiminin uzadılması ilə bağlı İZAH VERDİ
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qərar qəbul edilir - BU GÜN
TƏBİB-dən karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı AÇIQLAMA
Karatin rejimi uzadılsa, Bakı metrosu açılacaq? - Rəsmi cavab
Operativ Qərargah vətəndaşlara çağırış etdi
SON DƏQİQƏ: Operativ Qərargahın brifinqi olacaq - Yeni qərarlar gözlənilir
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Qapalı məkanda kafe və restoranların fəaliyyətinə icazə verildi — RƏSMİ
Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirildi
Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
Toy və yas məclisləri təxirə salınmalıdır - Operativ qərargah
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 