Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun apelyasiya şikayətinə baxılıb. ONN media xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov məlumat yayıb. Onun sözlərinə görə, E.Həsənov Səbail rayon Məhkəməsinin həbs qətimkan tədbiri ilə bağlı qərarından şikayət verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib. / “Report”
Həbs edilən səfirin şikayəti ilə bağlı QƏRAR VERİLDİ



Eldar Həsənov məhkəməyə gətirildi
Eldar Həsənovdan YENİ XƏBƏR
SON DƏQİQƏ: Səfir Eldar Həsənov saxlanıldı
Eldar Həsənovla bağlı QƏRAR VERİLDİ
Həbs edilmiş Eldar Həsənovla bağlı YENİ QƏRAR
Eldar Həsənov azad edilə bilər - Vəsatət verildi
Bu gün Eldar Həsənovun şikayətinə baxılacaq
DTX-dan Xarici İşlər Nazirliyində yeni həbslər – MƏLUMAT
Eldar Həsənovdan YENİ XƏBƏR var
XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı
DTX XİN-dəki əməliyyatın görüntüsünü yaydı - Video
Eldar Həsənovdan xəbər var: DTX İŞİ AYIRDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 