Bakı Dövlət Universiteti (BDU) rektor Elçin Babayevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. ONN media xəbər verir ki, BDU-dan daxil olan məlumatda deyilir: "Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya Universitetin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir. Əlavə olaraq bildirir ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq". Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.(report)
BDU-nun rektoru da toyda iştirak edib?



Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələnib - FOTO
Mehdiyevin nəvələridə CƏZALANDIRILDI – FOTO
“Ramiz Mehdiyev bizi aldadıb” - Siyavuş Novruzov
Toya getdiklərinə görə Abel Məhərrəmovla Əli Abbasov da cəzalandırıldı
Ramiz Mehdiyevdən YENİ XƏBƏR VAR
Ramiz Mehdiyev koronavirusa yoluxub? - AMEA -dan AÇIQLAMA
Ramiz Mehdiyevin kürəkəni HƏBS EDİLDİ
Ramiz Mehdiyevin kürəkəni qızının toyundan danışdı: "Elə edin ki..."
BDU-nun yeni rektorundan möhtəşəm addım
Novruz Məmmədovdan “Ramiz Mehdiyev olayı”na MÜNASİBƏT
Zakir Qaralov da "nəvə toyu"nda iştirakı ilə bağlı MƏLUMAT YAYILDI
Abel Məhərrəmovun bacısından SƏRT AÇIQLAMA: “Adamı toya çağıranda gedərlər!”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 