ONN İnformasiya Agentliyi

Yunanıstandan Türkiyə həmləsi - Afina üçün HƏRƏKƏTƏ KEÇDİLƏR

Yunanıstandan Türkiyə həmləsi - Afina üçün HƏRƏKƏTƏ KEÇDİLƏR
24-08-2020, 15:22

Fransa, İngiltərə və İspaniya Afina üçün hərəkətə keçib. ONN media  xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti yazıb. Qəzet Afina rəhbərliyinin son həftələrdə bölgəyə 2 döyüş təyyarəsi və freqat göndərən Fransadan döyüş təyyarələri almaq istədiyini, İspaniya və İngiltərənin bölgəyə freqatlar göndərməyə hazır olduğunu yazıb. “Krit adasındakı Souda hərbi bazasında əsgər və silahlı qüvvələrin sayı artır. Yunanıstan və Fransa əməkdaşlığı gücləndirməkdə davam edir. Afina rəhbərliyi Paris ilə danışıqları davam etdirir və 12 ədəd “Rafael” döyüş təyyarəsini almaq müzakirə olunur”, - məlumatda qeyd olunub. Yunanıstanın türk donanmasının bölgədəki fəaliyyətini izləyəcəyini və buna uyğun mövqe tutacağını yazan qəzet, Almaniya Xarici İşlər naziri Hayko Maasın bu həftə Afina və Ankarada baş tutacaq görüşlərinin çox vacib olduğunu əlavə edib. Qeyd edək ki, Afina yeni NAVTEX elan edib.(publika.az)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png