Aşura günü xütbələr onlayn oxunacaq. Hər kəsin bu il Qafqaz Müsəlmanlar İdarəsinin çağırışlarına əməl etməsi arzuolunandır. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, insanlarımız bu il səbrli olmalı və sağlamlıqlarını riskə atacaq davranışlara yol verməməlidirlər: “Bununla bağlı dəfələrlə ictimaiyyətə səslənmişik. Bu gün bir çox ölkələrdə kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna səbəb pandemiyadır və kütləvi tədbirlər zamanı yoluxma riski daha çox olur. Aşura günü hər il Azərbaycanda insanlar kütləvi şəkildə məscidlərə axışır. Bu bütün dövrlərdə belə olub. Məscidləri ziyarət edib, dualar oxumaq gözəldir, lakin pandemiya dövründə buna yol vermək olmaz. Azərbaycanda yoluxma riski hələ də var, karantin rejimi davam edir. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün qaydalara riayət etməlidirlər. Hər il məscidlərdə qan verən şəxslər bu dəfə Qan Bankına müraciət etsinlər. Ehsan süfrəsi açanlar isə bunu ərzaq yardımı kimi ehtiyacı olan ailələrə verə bilərlər”. Hacı Şahin Aşura mərasimlərinin kütləvi izdihamla müşayiət olunduğunu, belə vəziyyətdə karantin qaydalarına riayət edilməsinin mümkünsüzlüyünü vurğulayıb. “Məscidlərdə elə bir şəraiti yoxdur ki, insan selini sosial məsafəyə riayət etməyə çağırsın. Bu istiqamətdə hər hansı istisna hal mümkün deyil. Odur ki, insanlar bu il Aşura gününü öz evlərində keçirməli və ailələri ilə birlikdə dualar oxumalıdırlar. Din xadimləri sosial şəbəkələrdən insanların mənəvi ehtiyaclarını qarşılamaq üçün onlayn xütbələr oxuyurlar. Allah “Quran”-da da buyurub ki, insanlar bilə-bilə özlərini təhlükəyə atmamalıdırlar. Bu il Qurban Bayramında da, Ramazan ayında da vəziyyət bu cür olub. Demək olar ki, Həcc və Kərbəla ziyarətləri təxirə salınıb. Bu gün Kərbəlaya başqa şəhərlərdən olan zəvvarlar üçün giriş bağlıdır. Belə şəraitdə insanlar bütün çətinlikləri nəzərə almalıdırlar. Ümid edirik ki, tezliklə bu xəstəlik insanlıqdan uzaqlaşacaq və həyatımız öz axarına düşəcək”- deyə Hacı Şahin qeyd edib.
Hacı Şahin: “Aşura günü xütbələr onlayn oxunacaq”



Hacı Şahindən XƏBƏRDARLIQ: Kütləvi iftar mərasimləri...
İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq — AÇIQLAMA
Hacı Şahinin yerinə kim keçəcək?
Məhərrəm ayında toy etmək olarmı? — Hacı Şahindən açıqlama
Toylarla bağlı AÇIQLAMA: Avqustun 10-da başlayır...
Qafqaz Müsəlmanları İdarəsindən “Məhərrəmlik” AÇIQLAMASI
Aşura günü bu məscidlərdə qanvermə aksiyası keçiriləcək
Hacı Şahinin anım mərasimi keçirilir
Hacı Şahin harada dəfn olunacaq?
Aşura ilə əlaqədar qanvermə aksiyası başladı
Allahşükür Paşazadə: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır
Sumqayıtda Aşura günü qanvermə aksiyası keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 