Moskvada keçirilən “Ordu 2020” forumu çərçivəsində Ermənistan Müdafiə naziri David Tonoyan Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev və “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyevlə görüşüb. ONN media xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Tərəflər arasında hərbi texniki əməkdaşlıq və gələcək fəaliyyətlər müzakirə edilib. Nazirlik, həmçinin görüş zamanı tərəflərin yeni razılaşmaların reallaşması yolları və müddəti barədə razılıq əldə etdiyini bildirib. Tonoyanın “Ordu 2020” forumu zamanı Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının pavilyonunu da gəzdiyi və yeni istehsal edilən uzaqməsafəli raketlərlə tanış olduğu vurğulanıb. Qeyd edək ki, “Rosoboroneksport” “Rostex” korporasiyasının tərkibinə daxildir. Məhz bu şirkət Rusiya silahlarının ixracını həyata keçirir. Rusiya son iki ay ərzində Ermənistanın aktiv silahlandırılmasını həyata keçirib. Belə ki, Tovuz təxribatından öncə Ermənistana Su-30CM təyyarələrinin verilməsiylə bərabər, Serbiya və İordaniyadan (İordaniyadan idxal edilən silahın istehsalının 50%-i “Rostex”ə aiddir) müxtəlif növ silah tədarükü həyata keçirib. Üstəlik, Tovuz təxribatı və ondan sonrakı dönəmdə Rusiyadan İrəvana 12 aviareys təşkil edilib ki, bunlar vasitəsilə də Ermənistana 500 tondan çox hərbi yük daşınıb. Rusiya, həmçinin Ermənistandakı Su-25 təyyarələrinin modernizasiyasını həyata keçirmək öhdəliyi götürüb.(axar.az) https://youtu.be/bUEen0jWTk8
Rusiya İrəvanı silahlandırır: Daha bir razılaşma - VİDEO



Rusiya dağılmış erməni ordusunu qurur: Karapetyan “silah baronları” ilə birlikdə
Rusiya və İran hərbi sahədə razılaşdılar
Rusiya 13 milyard dollarlıq silah satdı - Çemezov
Rusiya sülhməramlılarının yeni komandanı İrəvana getdi
ABŞ-ın Rusiyaya qarşı bu addımı TƏƏCCÜB YARATDI
Putin Paşinyanla 6 saziş imzalandı - Siyahı
Şoyqu Qazaxıstana səfər etdi
Şoyqu erməni həmkarı ilə hərbi məsələlərdən danışdı
Rusiya Suriyaya əlavə ordu göndərir
Türkiyə Rusiyadan elə bir silah alır ki...
Rusiya dəhşətli təlimlərə başladı- NƏ BAŞ VERİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 