Ölkə ərazisində ilk yoluxma faktı qeydə alındıqdan sonra 3 martdan etibarən ölkə ərazisində təlim-tədris işləri dayandırıldı. Bu zaman dərslər onlayn qaydada keçirilməyə başladı. ONN media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, tədris ili başa çatdıqdan sonra tədrisin təşkili ilə bağlı əlaqədar qurumlarla müzakirələr aparılıb: "Təhsil Nazirliyi və Təhsil İnstitutu bu müddətə beynəlxalq təcrübələri öyrəndi. Bu gün dünyada 60 ölkədə məktəblər açılıb, 39 ölkədə isə bununla bağlı ümumiyyətlə qərar yoxdur". Nazir qeyd edib ki, pandemiya şəraitində hansı tədrisin daha rahat olması yox, ən az riskli olan təhsil növü haqqında fikirləşmək lazımdır: "Təhsil sistemi özündə bir neçə milyon insanın hərəkətini və ünsiyyətini ehtiva edir. Təhsil müəssisələrinin açılması virusun yayılmasına təsir edən faktor kimi nəzərə alınmalıdır. Biz də ən doğru qərarların qəbul olunması haqqında fikir mübadiləsi aparmışıq".
Nazir: Ən az riskli təhsil növü haqqında fikirləşmək lazımdır



Məktəblər 2 həftəlik açılır, SONRA İSƏ...
Risk qrupunda olan müəllimlərlə bağlı - AÇIQLAMA
Məktəblər nə vaxt açılacaq? - Nazir danışdı
Müəllimlərin əməkhaqları ilə bağlı MÜHÜM AÇIQLAMA
Azərbaycanda dərslər BU TARİXDƏN BAŞLAYIR - RƏSMİ
Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib - Nazir
Məhdud qapanmalar OLACAQ?
Azərbaycanda tədrisin distant forması yaradılır
Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi
Məktəblərlə bağlı RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 