Azərbaycan tibb elminə ağır itki üz verib. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı, Azərbaycan Tibb Universitetinin (ATU) II mamalıq və ginekologiya şöbəsinin əməkdaşı Naziya Şəmsəddinskaya 94 yaşında vəfat edib. Məlumat üçün bildirək ki, N.Şəmsəddinskaya 30 ildən artıq müddətdə ATU-nun mamalıq və ginekologiya kafedrasına rəhbərlik edib. O, tibbin müxtəlif sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, 200-dən artıq elmi tədqiqatın, eləcə də monoqrafiyaların müəllifidir. Yüksək ixtisaslı tibb kadrlarının və gənc alimlərin hazırlanmasında böyük xidmətləri olan əməkdar elm xadimi N.Şəmsəddinskaya 40 elmlər namizədi, üç tibb elmləri doktoru hazırlayıb. Çoxsaylı beynəlxalq konqreslərdə iştirak edən professor fəaliyyəti boyunca Azərbaycan elmini xarici ölkələrdə layiqincə təmsil edib. “Şöhrət” ordeni laureatı N.Şəmsəddinskaya on illərlə Azərbaycan və rus dillərində mühazirələr söyləyib, Ş.M.Ələsgərova adına 5 saylı kliniki doğum evinin, 1 və 5 saylı qadın məsləhətxanasının konsultantı olub, xəstələrə yüksək ixtisaslı cərrahi və təcili yardım xidmətini göstərib. Elmi, pedaqoji və əkim fəaliyyəti ilə yanaşı, Naziya xanım böyük ictimai iş də aparıb. O, Səhiyyə Nazirliyinin Attestasiya komissiyasının üzvü olmaqla yanaşı, Respublika mama-ginekoloqların elmi cəmiyyətinin idarə heyətinin sədr müavini olub. Tibb elmləri doktoru, professor N.Şəmsəddinskayanın Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilib. Allah rəhmət eləsin!(Report)
Tibb Universitetinin məşhur kafedra müdiri vəfat etdi



İlham Əliyev akademiki təltif etdi
Prezident nekroloq imzaladı
Zərifə Əliyeva aprelin 15-də vəfat edib
ATU-nun professoru vəfat etdi
Famil Babayev vəfat etdi
17 iyul - Sara Aşurbəylinin vəfat etdiyi gündür
17 iyul Sara Aşurbəylinin vəfat etdiyi gündür
Bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümüdür
Bakı və Şirvanşahlar dövlətinin tarixini öyrənən böyük alim - Sara Aşurbəyli
Bu gün Sara Aşurbəylinin doğulduğu gündür
27 yanvar Sara Aşurbəylinin doğulduğu gündür
Bu gün Sara Aşurbəylinin doğulduğu gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 