Sabah 2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunanların sənəd qəbulu başa çatır. Peşə Təhsili üzrə Dövlət Agentliyindən ONN media -ya verilən məlumata görə, tələbələr qəbul olunduqları təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: - təhsil haqqında sənədin əsli; - tibbi arayış haqqında sənədin əsli; - sistemdən (şəxsi kabinetdə) çıxarılan avtomatik ərizə nümunəsi; - şəxsiyyət vəsiqəsi (surəti); - 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil; - hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər); - güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd (həmçinin sağlamlıq imkanları məhdud şəxslər psixoloji-tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar isə tibbi-sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənəd). Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə sənədlərini qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb.
Sabah sənəd qəbulu başa çatır - DİQQƏT



Sabahdan qeydiyyat başlanır
DİQQƏT- Sabah qeydiyyat başa çatır
Diqqət- Nəticələr açıqlandı
Peşə məktəblərinə sənəd vermək istəyənlərin NƏZƏRİNƏ
Peşə təhsili pilləsi ilə bağlı yeni qayd
Nəticələr bu gün elan olunacaq - DİQQƏT
DİQQƏT - Sənəd qəbulu başlayır
Peşə məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub
Nazirlik müəllimlərə XƏBƏRDARLIQ ETDİ
Bu universitet tələbə qəbulu elan etdi
DİQQƏT- Apelyasiya nəticələri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 