Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Ağayevin xüsusi karantin rejimi qaydalarına zidd olaraq sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi və həmin arayışlara yalan məlumatlar daxil etməsi barədə daxil olan məlumat əsasında aparılan araşdırma zamanı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış istintaqla, Elvin Ağayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən edilib.Avqustun 18-də Elvin Ağayevə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
28 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.(publika.az)



Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Koronavirusu yayan gəncə cinayət işi açıldı
Azərbaycanda daha bir neçə vəzifəli şəxs həbs edildi
Karantini pozan vəzifəli şəxslər həbs edildi
Taksi sürücüsündən ŞOK ƏMƏL: Bilə-bilə...
Koronaviruslu sürücü tutuldu - Cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslər saxlanıldı - RƏSMİ
Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
Daha 6 rayonda vəzifəli şəxslər tutuldu- Rəsmi
Bu şirkət rəhbəri HƏBS EDİLDİ
Saxta arayışlar satan şirkət rəhbəri ələ keçdi
Azərbaycanda yüksək vəzifəli şəxslər SAXLANILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 