Monteneqronun paytaxtı Podqoritsa şəhərində genişləndirilmiş və tamamilə yenidən qurulmuş “Bakı” küçəsinin açılışı olub. ONN media xəbər verir ki, bu barədə Azərbaycanın Monteneqrodakı səfirliyindən məlumat verilib. Bildirilib ki, açılışda Podqoritsa bələdiyyəsinin sədri İvan Vukoviç, bələdiyyə üzvləri, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin diplomatları, Monteneqro parlamentinin deputatları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən İ.Vukoviç şəhərin mərkəzində yerləşən və mühüm qovşaqlarını birbaşa əlaqələndirəcək küçənin dost Azərbaycanın paytaxtının adını daşıması onda xüsusi məmnunluq hissi yaratdığını bildirib. Mərasimdə çıxış edən nümayəndəliyin müşaviri Mahir Cəfərov bələdiyyə sədrinə, bələdiyyə üzvlərinə, layihənin müvəffəqiyyətlə yerinə yetirilməsində rolu olan hər kəsə minnətdarlığını bildirib. Son illərdə Azərbaycan ilə Monteneqro arasında münasibətlərin dinamik şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən müşavir siyasi, iqtisadi və mədəni sahələrdə hər iki ölkə tərəfindən qarşılıqlı faydalı əməkdaşlıqda mütərəqqi addımlar atıldığını söyləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli dinamik inkişafından bəhs edən nümayəndəliyin müşaviri bunun bariz nümunəsi kimi, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının bu gün multikulturalizm və tolerantlıq mərkəzinə çevrildiyini qeyd edib. Şəhərin mərkəzində yerləşən və “Bakı” adını daşıyan bu yeni küçənin ərsəyə gəlməsində hər kəsə bir daha minnətdarlığını bildirən müşavir bu layihənin xalqlarımızın səmimi dostluq, mehriban münasibətlərinin simvollarından birinə çevriləcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, “Bakı” küçəsinin uzunluğu 595 metr təşkil edir və o şəhərin iki mühüm prospektlərini - “Mixail Laliç” və “Çetinski Put”u (paytaxta əsas giriş prospekti) birləşdirir.
Monteneqroda “Bakı” küçəsi açıldı



Rusiya Telman İsmayılovun Moskvaya təhvil verilməsində israr edir
Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edildi
Türkiyədə Azərbaycan prospekti açıldı
İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş oldu - YENİLƏNİB
ABŞ-da Türklərlə bağlı bir ilk
Mədəniyyət paytaxtının simvolu Şuşaya ötürüldü
Bələdiyyə sədri barəsində cinayət işi açıldı - SƏBƏB?
Əli Əsədov Aleksa Beçiçlə görüşdü
Bələdiyyə sədri buna görə cərimələndi
Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu - Onu ömürlük həbs gözləyir
Ölkədə partlayış oldu- Qubernator öldü
Bələdiyyə sədri cərimələndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 