Təhsil naziri Emin Əmrullayev dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair qeydləri təsdiq edib. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, həmin qeydlərdə bildirilir ki, dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir: - qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq; - şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırığı nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimləri tərəfindən aparılır. Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: - 5 gün payız tətili (16-20 noyabr); - 5 gün qış tətili (27-31 yanvar); - 5 gün əlavə tətil (1-5 may). Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyeva həvalə edilib.
Nazir məktəbəhazırlıq qrupları ilə bağlı əmr verdi



Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlanıb
Ceyhun Bayramov əmr imzaladı
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başladı
Məktəbəqədər hazırlıqlarda vəsaitlər pulsuzdur - Valideynlərin diqqətinə
Məktəbəhazırlıq qruplarının müəllimlərinin DİQQƏTİNƏ
Valideynlərin nəzərinə: CƏMİ 6 GÜN QALDI
Məktəbəhazırlıq qrupları ləğv ediləcək? – Rəsmi
Məktəbəhazırlıq qruplarına qəbulun tarixi AÇIQLANDI
DİQQƏT - Müəllimlərə xüsusi dərs keçiləcək
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır
Naxçıvanda da məktəblər bağlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 