Prezident İlham Əliyev sentyabrın 2-də Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən söylədiyi fikirlərlə Azərbaycan-Türkiyə münasibətlərinin həqiqətən də qardaşlıq münasibətləri olduğunu bir daha sübut etdi. Dövlət başçısının bu sözləri hər bir türk tərəfindən böyük rəğbətlə qarşılandı. ONN media xəbər verir ki, bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib. Göstərdiyi qətiyyətli mövqeyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Akkan Suver deyib: “Azərbaycan Prezidenti ölkəmizə və millətimizə dəstəyini göstərməklə bərabər bütün dünyaya göstərdi ki, Türkiyə yalnız deyil. Ermənistan, Yunanıstan və Kipr arasındakı üçtərəfli hərbi əməkdaşlığa toxunan dövlət başçısı bu əməkdaşlığın narahatdoğurucu məqamlarını diqqətə çatdırdı, bunun Azərbaycan üçün təhdid törətdiyini vurğuladı. Bütün dünya Ermənistanın işğalçı dövlət olduğunu bilir. İşğalçı dövlətlə əməkdaşlıq təcavüzkar tərəfə dəstək vermək deməkdir”. Türkiyə-Azərbaycan münasibətlərinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf etdiyini vurğulayan professor fikirlərini belə tamamlayıb: “Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlar Türkiyənin qürur mənbəyidir. Fəxr edirik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənir və müstəqil siyasət yürüdür. Prezident İlham Əliyevin hər fürsətdə Türkiyəni dəstəkləməsi bizə ayrıca qürur hissi yaşadır. Azərbaycan və Türkiyə hər zaman tərəddüdsüz bir-birinin yanında olub və bundan sonra da olacaq. Bizim qardaşlığımız əbədidir”.(axar.az)
İlham Əliyev bütün dünyaya göstərdi: Türkiyə... - Suver



Prezident iki ölkənin səfirinin etimadnaməsini qəbul etdi - FOTO
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
İlham Əliyev Fuad Oqtayla görüşdü
Prezident İsveçin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
Prezident Səudiyyə Ərəbistanı səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev Pakistan səfirinin etimadnaməsini qəbul etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Çavuşoğlu İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
SON DƏQİQƏ: İlham Əliyev Ərdoğana ZƏNG ETDİ
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 