Valideynlərini itirən və valideyn himayəsindən məhrum olanlar övladlığa götürülərkən təhsil haqqını dövlət ödəyəcək Bununla bağlı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər nəzərdə tutulur. ONN media xəbər verir ki, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verərək, rəhbərlik etdiyi parlament komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirdi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 7 məsələyə baxılıb. Hesabat dövründə komitəyə 310 ərizə və müraciət daxil olub, baxılması üçün müvafiq tədbirlər görülüb. İclasda həmçinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Hicran Hüseynova bildirib ki, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Müzakirə zamanı deputatlar bunun çox mütərəqqi dəyişiklik olduğunu vurğulayıblar. Komitə üzvləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də (birinci oxunuş) müsbət qarşılayıblar. Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olunub.(ölkə.az)
Bu uşaqların təhsil haqqını dövlət ödəyəcək



Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Valideynlərin NƏZƏRİNƏ- Bu uşaqlar üçün pul ödəniləcək
Hicran Hüseynova deputatları onlayn iclasa topladı
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu uşaqların təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK
Milli Məclisin komitə iclası keçiriləcək
MM-də MÜZAKİRƏ: Bunu edənlərin cəzası SƏRTLƏŞDİRİLSİN
Bu ailələrə 480 manat veriləcək
XOŞ XƏBƏR: Azərbaycanda bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu şəxslərə 265 MANAT PUL VERİLƏCƏK
Azərbaycanda aztəminatlı gənclərə yaşayış sahələri veriləcək?
ŞAD XƏBƏR: Bu uşaqlara müavinət veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 