Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatlarına, dərs növbəsinə dair tələblər müəyyənləşib. ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda qeyd edilib. Qaydalara əsasən, təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçiriləcək. Gün ərzində əyani formada keçirilən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimal sayda müəyyən edilib. Dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçiriləcək. Ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilib. Peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir. Orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilib.
Dərslər neçə dəqiqə olacaq? - AÇIQLANDI



Azərbaycanda yeni dərs ili BAŞLADI
Onlar işə getməsələr də, MAAŞ ALACAQLAR
Məktəblərdə yeməkxanalar da işləməyəcək?
Məktəblər bu tarixdən açılır - QƏRAR VERİLDİ
Siniflərdə dərslər neçə dəqiqə olacaq?
Noyabrın 2-dən dərslər bu formada keçiriləcək - YENİ QƏRAR
Məktəblərdə dərs saatları bu qədər olacaq - CƏDVƏL
Bakıda bu məktəbdə əyani tədris dayandırıldı
Azərbaycanda şagirdlərlə bağlı bu tələb də LƏĞV OLUNDU
Bu şagirdlər əyani formada tədrisə CƏLB OLUNACAQLAR
Təhsil Nazirliyindən özəl məktəblərə MÜHÜM XƏBƏRDARLIQ
Bakıda 5 müəllim və 1 uşaqda COVID-19 aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 