ABŞ-da baş verən 11 sentyabr hadisələrindən 19 il ötür. ONN media xəbər verir ki, 2001-cı il sentyabrın 11-də baş verən dünya tarixində misli görülməmiş terror aktı nəticəsində 3 min insan həlak olub. Rəsmi məlumata əsasən, həmin gün "Əl-Qaidə" terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Yerli vaxtla saat 08:46-09:03 aralığında “Boeing 767” tipli iki təyyarə Nyu-York şəhərində yerləşən Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə qəza enişi edib. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilir. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı ehtimal edilir. Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub. Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. Bu hücuma cavab olaraq 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya hərbi birləşmələri Əfqanıstana daxil olub. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı istiqamətləndirilib. Hazırda ABŞ-da bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.
11 sentyabr TERRORUNDAN 19 il ötür - VİDEO



11 sentyabr hadisələrindən 21 il ötür
Rusiyada Boeing təyyarəsi təcili eniş etdi
Azərbaycan da "Boeing 737 MAX-8"dən imtina etdi
İranda dəhşətli təyyarə qəzasının səbəbi məlum olub
İki sərnişin təyyarəsi toqquşub-SON DƏQİQƏ
İran vurulan raketlə bağlı hesabat yaydı
Sərnişin təyyarəsi qəzaya uğradı — ÖLƏNLƏR VAR
İranın Ukrayna təyyarəsini vurması ilə bağlı ŞOK DETAL
Təyyarə təcili eniş etdi
İranın vurduğu təyyarə ilə bağlı kritik gəlişmə - HƏBSLƏR BAŞLADI
Təyyarə Yekaterinburqda qəza enişi etdi - SƏBƏB?
İranda təyyarə təcili eniş etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 