Prezident İlham Əliyev Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: "Hörmətli Albert Anatolyeviç. Əlamətdar tarix – anadan olmağınızın 85 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Siz yaşadığınız illərə, böyüməkdə olan nəslə yorulmadan qayğı göstərməyə həsr edilmiş parlaq həyat yolunuza görə haqlı olaraq fəxr edə bilərsiniz. Artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu Sizin rəhbərliyinizlə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmiş mühüm iş aparır. Uşaqların müdafiəsi üzrə çoxillik səmərəli ictimai fəaliyyətiniz Sizə təkcə Rusiyada deyil, bütün dünyada xeyirxah qəlbli bir insan kimi ümumi hörmət və ehtiram qazandırıb. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər. Hörmətli Albert Anatolyeviç, yubileyiniz münasibətilə Sizi bir daha təbrik edirəm, Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Prezident rusiyalı yazıçını təbrik etdi



Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Vladimir Putin İlham Əliyevə məktub göndərdi
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Putin İlham Əliyevi təbrik etdi
Putin İlham Əliyevə məktub göndərdi
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
İlham Əliyev həmkarını təbrik etdi
Dünya liderləri Əliyevi təbrik edirlər
Putin Mehriban Əliyevanı təbrik etdi
İlham Əliyev Miloş Zemanı təbrik edib
İlham Əliyev MDBMİ-ni təbrik etdi
Putin Mehriban Əliyevanı TƏBRİK ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 