Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarı imzalanıb. ONN media xəbər verir ki, qərara əsasən 14 sentyabr saat 06:00-dan etibarən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir, sentyabrın 30-dək digər ictimai nəqliyytat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir, çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir. Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır: - yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış; - ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları; - “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu; - dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi; - bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla); - tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili; - ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə; - istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti; - muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti; - iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti; - ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə; - tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti; - idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla); - masaj və hamam xidmətlərinin göstərilməsi; Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir: - nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması; - ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi; - 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi; - çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti; - 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması. Bu Qərarda qeyd edilmiş mədudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.
Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar açıqlandı



Hansı qadağalar hələ də qüvvədədir?
Bakıda qüvvədə qalan MƏHDUDİYYƏTLƏR
SON DƏQİQƏ: SMS icazə ləğv edildi - Karantin rejimi yumşaldılır
Xüsusi karantin rejimi sərtləşə bilər- Rəsmi
SON DƏQİQƏ: Bu tarixə kimi ictimai nəqliyyat həftəsonları işləməyəcək
Bu gündən xüsusi karantin rejimi yumşaldıldı - RƏSMİ
ADY -nın sərnişinlərinin DİQQƏTİNƏ!
SON DƏQİQƏ: Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Gələn ay 6 gün iş olmayacaq
SON DƏQİQƏ: Azərbaycanda sərt karantin rejimi yumşaldılır
Şəhər və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
Ölkədaxili aviareyslər bərpa edilir - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 