Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiyada yeni vəzifəyə təyin olunub. Aydın Hüseynova YAP-da Təşkilat şöbəsinin müdiri vəzifəsi həvalə olunub. Bu təyinatdan sonra sosial şəbəkələrdə deputat Siyavuş Novruzovun istefa verdiyi YAP icra katibinin müavini vəzifəsinin də Aydın Hüseynova tapşırıldığını iddia edənlər var. ONN media xəbər verir ki, partiyanın mətbuat katibi Hüseyn Paşayev isə Modern.az-a sözügedən iddiaların tamamilə əsassız olduğunu qeyd edib: “Təşkilat şöbəsinin müdiri vəzifəsi tamam fərqli təyinatdır. Bu, icra katibinin müavini demək deyil. İcra katibinin müavini postu hələlik boşdur”. H.Paşayev onu da qeyd edib ki, YAP İcra katibinin müavini vəzifəsinə partiya sədrinin təqdimatı , İdarə Heyətinin təsdiq etməsi ilə təyinat mümkün ola bilər: “YAP sədri, cənab prezident İlham Əliyevin təqdimatı və partiya İdarə Heyətinin təsdiq etməsi ilə icra katibinin müavininin kimliyi müəyyənləşəcək. Belə bir addım atıldıqda, mütləq ictimaiyyətə də məlumat veriləcək”. Xatırladaq ki, YAP icra katibinin keçmiş müavini, deputat Siyavuş Novruzov idi. O, koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov partiyada tutduğu vəzifədən istefa verdi. Hazırda qeyd edildiyi kimi, hakim partiyada icra katibinin müavini postuna təyinat olmayıb.
Siyavuş Novruzovun YAP-dakı vəzifəsi kimə verilib? – VACİB AÇIQLAMA



SON DƏQİQƏ: Siyavuş Novruzov İSTEFA VERDİ
İlham Əliyev Siyavuş Novruzovla bağlı QƏRAR VERDİ
Siyavuş Novruzovu kim əvəz edəcək? – AÇIQLAMA
YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI
İcra başçısı özünə yeni müavin təyin etdi
İcra başçısına müavinlər təyin olundu
Tərtər İcra Hakimiyyətində yeni təyinat
İlham Əliyevdən yeni təyinat
Prezidentin yeni təyin etdiyi başçı kimdir?
Prezident bu nazirə daha bir vəzifə verdi
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşəcək
Siyavuş Novruzovun qardaşı vəzifədən AZAD EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 